"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir

"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
148 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur ruferlər Ancelina Nikolau və İvan Birskusa qarşı cinayət işi açılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, onlara Nyu-Yorkdakı "Empire State Building" göydələninə qanunsuz şəkildə qalxdıqlarına görə 8 maddə üzrə ittiham irəli sürülüb.

Cütlük insan həyatını təhlükəyə atmaq, oğurluq məqsədilə qanunsuz daxil olmaq, əmlaka qəsdən ziyan vurmaq, icazəsiz əraziyə daxil olmaq, avadanlıqların işinə müdaxilə etmək, qapı sındırmaq üçün alətlər saxlamaq, ictimai asayişi pozmaq və yerli qanunvericiliyin tələblərini pozmaqda təqsirləndirilir.

Məlumata görə, ittihamlar təsdiqlənərsə, Ancelina Nikolau və İvan Birskusu ümumilikdə 20 ilədək həbs cəzası gözləyə bilər. Prokurorluq həmçinin onların binaya 1500 dollar məbləğində maddi ziyan vurduğunu iddia edir.

Ruferlər isə irəli sürülən ittihamları qəbul etmədiklərini bildiriblər.