Müğənni Kərim Abasov yenidən aparıcı kimi efirə qayıtmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər TV"yə açıqlamasında bildirib. O, telekanallardan biri ilə danışıqlar apardığını, lakin maaşla bağlı ortaq məxrəcə gələ bilmədiklərini qeyd edib:
"Kanalların biri ilə danışıqlar gedir. Maaşıma görə hələ ki söz-söhbətlər var. Əgər həftəiçi 5 gün veriliş aparacağamsa, bu, digər işlərimə problem yaradacaq. Ən azından zamanımı ayırıram. Həftədə bir dəfə olsaydı, başa düşmək olardı. Amma layihə 5 gün olacaqsa, 5 min manatdan yuxarı əməkhaqqı istəyirəm".
Qeyd edək ki, Kərim Abasov bundan əvvəl "MTV Azərbaycan" kanalında yayımlanan "Meqa şou" proqramının aparıcısı olub.