Əməkdar artist Könül Kərimovanın nəvəsi Dənizin ad günüdür.
Axşam.az xəbər verir ki, müğənni bu münasibətlə sosial şəbəkə hesabında nəvəsi ilə bağlı videolar paylaşaraq ona ürək sözlərini ünvanlayıb.
Kərimova paylaşımında "Mənim ürəyim, nəfəsimsən, Tanrıdan mənə verilən ən şirin hədiyyəmsən. Səni verən Allahıma min şükür. Sonsuz sevgim, Dənizim. Tanrım bütün balaları qorusun. Səni hər bəladan uzaq etsin. Tək arzum sənin xoşbəxtliyindir" sözlərini yazıb.
Qeyd edək ki, Dəniz ifaçının qızı Ləmanın övladıdır. K.Kərimovanın Rəşad adlı oğul övladı da var.