İlon Maskdan Kristofer Nolana ağır sözlər: "Rəzil qurd"

İlon Maskdan Kristofer Nolana ağır sözlər: "Rəzil qurd"
80 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən zəngin adamı İlon Mask məşhur rejissor Kristofer Nolanı yeni ekran işi olan “Odisseya” filmi haqqında sərt ittihamlar səsləndirib.

Axşam.az xəbər verir ki, Mask Nolanın klassik eposu “Oskar” mükafatının tələblərinə uyğunlaşdırmaq üçün dəyişdiyini və bununla da qədim yunan şairi Homerin ruhunu təhqir etdiyini iddia edib.

Hər şey yunan tarixçi və bloger Homer Pavlosun sosial şəbəkədəki paylaşımı ilə başlayıb. Bloger “Odisseya”nın final treylerini “Nolanın karyerasındakı ən rüsvayçı an” adlandırıb. İlon Mask isə bu posta bu cür reaksiya verib:

“Kristofer Nolan Homeri təhqir edib. Sırf "Oskar" almaq üçün lazım olan proqressiv qaydalara uyğunlaşmaqdan ötrü diz çöküb sürünür. Rəzil bir qurd...”.

Mask hesab edir ki, rejissor filmi Amerika Kino Akademiyasının yenilənmiş standartlarına uyğunlaşdırıb. Belə ki, 2024-cü ildən etibarən “Ən yaxşı film” nominasiyasında mübarizə aparan ekran işləri aktyor heyəti, çəkiliş qrupu və digər mərhələlərdə inklüzivlik və təmsilçilik meyarlarına cavab verməlidir.

Qeyd edək ki, “Odisseya” filmi iyulun 17-də dünya prokatlarında nümayiş olunacaq.