Firəngiz Mütəllimovadan tənqid yazanlara cavab

Firəngiz Mütəllimovadan tənqid yazanlara cavab
246 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə izləyicilərinə təşəkkür edib.

Axşam.az xəbər verir ki, aktrisa ünvanına yazılan xoş sözlər və duaların onu sevindirdiyini bildirib.

"Hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə və əzizlərimə etdiyiniz gözəl dualara görə minnətdaram. Saf niyyətlə səhifəmi izləyən hər kəsə möhkəm can sağlığı arzu edirəm" deyə? o paylaşımında yazıb.

Firəngiz Mütəllimova eyni zamanda saxta profillərdən yazılan mənfi rəylərə də münasibət bildirib:

"Əlbəttə, şəkilsiz, sıfır profillərlə bəzən xoş olmayan sözlər yazanlar da olur. Yazıb-yazıb yorulacaqlar".