Rusiyada bloger cütlük Artem Melikson və Madina Karqay toyuna dünya ulduzu Rihannanı çağırmaq istəyib.
Axşam.az xəbər verir ki, cütlük bunun üçün onun meneceri ilə əlaqə saxlayıb. Onlardan 10 milyon dollar qonorar istəyiblər.
"Bu pulu həyatımızda görməmişik. Bu, bizim üçün əlçatan məbləğ deyil" deyə, cütlük bildirib.
Cütlük daha sonra ingilis dilində video yayaraq Rihannaya çüraciət edib və "Bizim xəyalımız səni toyumuzda görməkdir. Möcüzələr baş verir, videomuzu görürsənsə, qonağımız ol" sözlərini deyib.