"Məni yaşadan arzularımdır"

"Məni yaşadan arzularımdır"
209 dəfə oxunub
  • A-
  • A
  • A+

"Məni saxlayan həyat eşqidir. Arzularla yaşayıram. Dünya malında gözüm yoxdur. Gözəl ailəm var. İnsanı yaşadan arzulardır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov "Künc-bucaq" yutub layihəsində deyib. Sənətçi hər günə poztiv başladığını, bədbinliyi özündən uzaq tutduğunu deyib:

"Səhər həyat həvəsi ilə oyanıram. Bəzən biri oyanır, "ölürəm" deyir. Mən belə oyanmaram. Yaşamaq eşqi ilə oyanıram. Beş günlük dünyadır. Elə yaşamalıyıq ki, sonumuz gələndə nə üçün yaşadığımızı başa düşək. Enerjimi səhər toparlayıram. Bəzən pis ola bilərəm. Amma özümdə güc toplayıram. İnsan yaşamaq üçün gəlib bu dünyaya, gecə-gündüz işləmək üçün yox. İşləmək də lazımdır, amma yaxşı yaşamaq da lazımdır".

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)