Türkiyəli müğənni Bülənt Ərsoy estetik əməliyyat etdirib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi özü sosial şəbəkə hesabında məlumat verib. 74 yaşlı ifaçı əməliyyatdan sonra paylaşdığı fotoya bunları qeyd edib:
"Hörmətli izləyicilərim, biz ulduzların yaşı yoxdur. Biz yaşsız insanlarıq. Amma qocalmaq həyatın qaçılmaz reallığıdır. İllər boyu estetik cərrahiyyə anlayışı mənə çox uzaq olub. Amma fikrim dəyişdi".
