Sağlam qaraciyər üçün qəhvə için

Sağlam qaraciyər üçün qəhvə için
138 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.

Axşam.az xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 355 mindən çox yetkin şəxsin iştirakı ilə apardığı araşdırmaya əsasən, müntəzəm qəhvə içmək qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyər xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir.

Tədqiqatın nəticələrinə görə, gündə 5 və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski təxminən üçdəbir, qaraciyər xərçəngi riski isə yarıya yaxın azalır. Həmçinin qaraciyər xəstəlikləri ilə əlaqəli ölüm riski 42 faiz daha aşağı olub.

Mütəxəssislər bildiriblər ki, gündə 1-2 fincan qəhvə içənlərdə də müsbət təsirlər müşahidə edilsə də, ən güclü nəticələr gündə 3-4 fincan qəhvə qəbul edənlərdə qeydə alınıb.

Araşdırma zamanı qəhvə içənlərin qan analizlərində sağlam qaraciyər fəaliyyəti ilə əlaqəli zülalların səviyyəsinin daha yüksək, iltihab və çapıqlaşma ilə bağlı göstəricilərin isə daha aşağı olduğu müəyyən edilib. Bundan əlavə, bu şəxslərdə qaraciyərdə yağ və dəmir yığılması da daha az olub.

Tədqiqatçılar Böyük Britaniyanın Biobank bazasında qeydiyyatda olan yüz minlərlə şəxsin sağlamlıq məlumatlarını 13 il ərzində izləyiblər. Müşahidələr göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə oxşar fayda verir. Bu isə qəhvənin tərkibindəki digər təbii birləşmələrin də qoruyucu təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.

Mütəxəssislər növbəti mərhələdə qəhvənin qaraciyəri qoruyan təsirinə cavabdeh olan konkret maddələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılacağını bildiriblər.