Türkiyəli komediya ustası Deniz Göktaş "dini dəyərləri açıq şəkildə təhqir etmə" və "Prezidenti təhqir etmə" ittihamları ilə saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Axşam.az xəbər verir ki, Göktaş ifadəsində səhnə çıxışında səsləndirdiyi mətnin özünə məxsus olduğunu təsdiqləyib.
Komediya ustası bildirib ki, "İnancı olan hər hansı bir insanı incitmək kimi qətiyyən məqsədim olmayıb" sözlərini deyib.
Qeyd edək ki, Deniz ötən gün haqqında başladılan istintaq çərçivəsində Türkiyəyə qayıdarkən hava limanında saxlanılıb.