Mütəxəssislərin araşdırmalarına görə, ağcaqanadların məhz müəyyən insanları hədəf seçməsinin konkret səbəbləri var.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, məlum olub ki, ağcaqanadlar daha çox aktiv hərəkət edən, çox tərləyən, tünd rəngli geyimlərə üstünlük verən və spirtli içki qəbul edən insanları sancır.
Bunun əsas səbəbi isə dəridən yayılan spesifik qoxu, bədən istiliyi və nəfəs aldıqda xaric olunan karbon qazıdır. Həşəratlar bu siqnalları uzaqdan hiss edərək birbaşa hədəfə doğru uçurlar.
Mütəxəssislər ağcaqanad mövsümündə bu bəladan qorunmaq üçün açıq rəngli geyimlər seçməyi və etibarlı qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Həmçinin sancmadan sonra dərini qaşımaq qətiyyən məsləhət görülmür, çünki bu, infeksiya riskini artıraraq dəridə daha ciddi fəsadlara yol aça bilər.