"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. Müğənni ona ünvanlanan qısa sualları cavablandırıb.
Emin bildirib ki, İspaniyada villa almaq onun üçün mənasızdır:
"Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".
Qeyd edək ki, Alyona Qavrilova ilə ailəli olan Emin Ağalarovun bu nikahdan Afina adlı qız övladı var.