Xəbər verdiyimiz kimi, türkiyəli komediyaçı Deniz Göktaş barəsində istintaq başladılıb.
Axşam.az-ın məlumatına görə, barəsində saxlanılma qərarı verilən yumor ustası Türkiyəyə qayıdıb. O, hava limanında saxlanılıb.
Bildirilib ki, Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında keçirilən çıxışı zamanı səsləndirdiyi fikirlərə görə Deniz dini dəyərləri təhqir etməkdə ittiham olunur.
Qeyd edək ki, komediyaçı stendap çıxışı zamanı Qurani-Kərimə işarə edərək "İlk üç kitab yaxşı idi, dördüncüdə tərcümə zəifdir. Dörd kitab arasında məncə ən yaxşısı odur. 600-cü illərdə iddialı bir çıxış idi. Yazan üçün də çox çətin olub, ağlına yeni fikir gəlsə də, axı son kitab söylədik" deyə, bildirib.