Ancelina Colidən boşandıqdan 10 il sonra etiraf

Ancelina Colidən boşandıqdan 10 il sonra etiraf
223 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli son 10 ildə heç kimlə münasibət yaşamadığını etiraf edib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Yahoo Entertainment"a müsahibəsində danışıb. O bildirib ki, Bred Pittlə boşandıqdan sonra şəxsi həyatını bir kənara qoyaraq bütün diqqətini övladlarına ayırıb.

Coli qeyd edib ki, çəkildiyi "Couture" filmi ona bu mövzuda fikirlərini yenidən gözdən keçirməyə kömək edib. Aktrisanın sözlərinə görə, canlandırdığı Maksin obrazının həm qızına bağlı olması, həm də bir kişiyə qarşı dərin hisslər yaşaması onu təsirləndirib.

Aktrisa etiraf edib ki, indi yenidən həyatdan zövq almağı öyrənmək istəyir:

"51 yaşım olsa da, yaşlanmaq barədə düşünəndə özümü o yaşda hiss etmirəm. Düşünürəm ki, yenidən yaşamağa başlamalı, azadlığımı geri qazanmalıyam".

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli arasında münasibətlər 2016-cı ildəki qalmaqallı boşanmadan sonra daha da gərginləşib. Keçmiş cütlüyün məhkəmə çəkişmələri təxminən səkkiz il davam edib və bu müddət ərzində çoxsaylı qalmaqallarla müşayiət olunub.