Əməkdar artist İlkin Əhmədov anası Kifayət İsmayılovadan danışarkən kövrəlib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. İ.Əhmədov bildirib ki, anası onun haqqında danışarkən hər dəfə kövrəlir:
"Anam mənim haqqımda danışanda o qədər kövrəlir, o qədər əziyyət çəkir ki... Deyirəm, niyə özünü belə çətinliyə salırsan? Cavab verir ki, səni çox zülmlə böyütmüşəm. Amma düşünürəm ki, bütün analar övladını min bir əziyyətlə, zəhmətlə böyüdür".