"Harri Potter və ölüm hədiyyələri: 1-ci hissə" filmində yaşlı "Gelert Grindelvald" rolunu canlandıran britaniyalı aktyor Maykl Birn vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Maykl 1964-cü ildə teatrda aktyorluğa başlayıb. Aktyorun kino karyerası isə 1972-ci ildə start götürüb.
Birn ən çox filmlərdə ikinci dərəcəli rollarda oynayıb. O, "Tacqoyma küçəsi", "Cəsur ürək", "İndiana Cons" filmlərindəki obrazları ilə tanınıb.
