İnstaqrama maraqlı funksiyalar gəlir

İnstaqrama maraqlı funksiyalar gəlir
159 dəfə oxunub
  • A-
  • A
  • A+

İnstaqramın rəhbəri Adam Mosseri platformanın "Sizin alqoritminiz" funksiyası üçün gözlənilən yenilikləri açıqlayıb.

Axşam.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərə tövsiyə edilən videoları tamamilə öz istəklərinə uyğunlaşdırmaq imkanı verəcək.

Belə ki, tövsiyələr bölməsinə xüsusi mətn daxiletmə funksiyası əlavə olunacaq. Bu funksiya vasitəsilə istifadəçilər alqoritmdən maraq dairələrində olan mövzularda daha çox video nümayiş etdirməsini istəyə biləcəklər.

Bundan başqa, "Reels" bölməsi üçün kontenti qiymətləndirməyə imkan verən xüsusi düymələr yaradılacaq. Onların köməyi ilə gələcəkdə oxşar videoların qarşınıza çıxıb-çıxmayacağına özünüz qərar verəcəksiniz.

Mosseri onu da bildirib ki, bəzi funksiyalar hazırda sınaq mərhələsindədir və rəsmi versiyada tam fərqli formada təqdim edilə bilər.