Əməkdar artist Elton Hüseynəliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni birlikdə fotolarını yayımlayıb.
Elton daha sonra bir məclisdə olduqlarını və orada canlı ifa etdiyini nümayiş etdirib.
E.Hüseynəliyev Kəmaləddin Heydərovun bəstələdiyi "Nigaranam" mahnısını səsləndirib.
Qeyd edək ki, bəstənin sözlərini Baba Vəziroğlu yazıb. Mahnının ilk ifaçısı Xalq artisti Aygün Kazımova olub.