Saç baxımında etdiyimiz səhvlər

Saç baxımında etdiyimiz səhvlər
102 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-də peşəkar bərbərlər insanların hər gün fərqinə varmadan etdikləri bəzi səhvlərin saçın quruluşuna ciddi zərər verdiyini açıqlayıblar.

Axşam.az xəbər verir ki, bu cür səhvlər saçın məhvinə gətirib çıxarır.

1. Saç kremini diblərə vurmayın
Mütəxəssislərin sözlərinə görə, saç dərisi təbii yağ (sebum) ifraz etdiyi üçün saç kremi əsasən saçın uclarına çəkilməlidir.

2. Saç kremindən tamamilə imtina etməyin
Bildirilib ki, şampundan sonra saç mütləq nəmləndirilməlidir. Onun sözlərinə görə, nazik telli saçlara sahib olanlar saç kreminin saçlarını ağırlaşdırdığını düşünsələr də, hər saç tipinə uyğun məhsul mövcuddur.

3. Yalnız sulfatsız şampundan istifadə etməyin
Saç baxımı üzrə mütəxəssis qeyd edib ki, sulfatsız şampunlar saçı daha yumşaq təmizləsə də, tərkibində sulfat olan şampunlar saç dərisini və tellərini dərin təmizləmək baxımından vacibdir.

4. İstidən qoruyucu vasitəni unutmayın
Buruq və ya düzləşdiricidən istifadə etməzdən əvvəl istilikdən qoruyucu məhsul tətbiq etməyi tövsiyə edib.

5. Fen çəkərkən əvvəlcə saç diblərini qurudun
Saç qurudarkən əvvəlcə diblər, daha sonra isə saçın ucları qurudulmalıdır.

6. Keyfiyyətsiz məhsul və cihazlardan uzaq durun
Münasib qiymətə keyfiyyətli məhsullar tapmaq mümkün olsa da, ucuz fen fırçaları və saç formalaşdırıcı cihazlar həddindən artıq qızaraq saçın zədələnməsinə səbəb ola bilər.

7. Düzləşdiricini maksimum temperaturda işlətməyin
Maşa və düzləşdiricilərin ən yüksək istilik rejimində istifadəsinin saç tellərinə ciddi zərər verir.

8. Saçı həddindən artıq dartmayın
Saç köklərinə güclü təzyiq göstərən saç düzümlərindən uzaq durmaq məsləhətdir. 

9. Daimi saç baxımını laqeyd yanaşmayın
Mütəxəssis bildirib ki, saçın sağlam qalması üçün müntəzəm olaraq ucları kəsdirmək, qırılmış telləri təmizlətmək və nəmləndirici qulluq prosedurları etdirmək vacibdir.