"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"
324 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Əsas çözüm" adlı yutub layihəsində qonaq olarkən fikirlərini bölüşüb. S.Əliyeva valideynlərin övladlarına daha çox diqqət ayırmalı olduğunu vurğulayıb:

"Əziz valideynlər, artıq həyəcan təbili çalınır. Biz ayıq olmalıyıq. Durmadan inkişaf gedir. Övladlarımızla aramıza sosial şəbəkələr və elektron qurğular girir. Bunu həm valideyn, həm də müəllimə kimi müşahidə edirəm. Buna nəzarət etməliyik. Bəzən övlada diqqət ayırmağı yalnız başını sığallamaq kimi başa düşürük. Deyirlər ki, yeməyini, suyunu verirəm. Amma biz sadəcə canlı saxlamırıq, övlad yetişdiririk".

Qeyd edək ki, aşığın 2 övladı var.