Xalq artisti Aygün Kazımova yenə də səhnə tərzi ilə diqqət mərkəzinə düşüb.
Axşam.az xəbər verir ki, Pop kraliça bu dəfə qara rəngli, fərqli dizayna malik libası ilə səhnəyə çıxıb. Həcimli ətək, uzun qollu geyim və üzünü əhatə edən transparan aksesuar Divanın obrazına sirli görünüş qatıb.
Kazımova qeyri-adi səhnə imicini performansı ilə tamamlayaraq tamaşaçıların marağına səbəb olub. Kazımova ötən gün bu tərzdə ADA universitetinin məzun gecəsinə qatılıb.