Motosikleti təhlükəli sürən şəxs saxlanıldı

Motosikleti təhlükəli sürən şəxs saxlanıldı
83 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

 

Axşam.az-ın məlumatına görə, Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.