İmkansız ailələrdən olan uşaqlar bioloji baxımdan varlı həmyaşıdlarına nisbətən daha tez qocalır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu maraqlı fakt Almaniya və ABŞ alimlərinin birgə araşdırması nəticəsində məlum olub.
Tədqiqatçılar qeyd edirlər ki, eyni tendensiya uşaqlığı aşağı gəlirli şəraitdə keçmiş böyüklərdə də açıq şəkildə müşahidə olunur.
Alimlərin sözlərinə görə, yoxsulluq və onunla əlaqəli mənfi amillər — xüsusilə də keyfiyyətli təhsilə çıxışın olmaması bir-biri ilə sıx bağlıdır. Bu problemlər zamanla zəncirvari reaksiya yaradır, bir-birini gücləndirir və insanın immun sistemini, eləcə də orqanizmini sözün əsl mənasında tükəndirir. Bu da birbaşa bioloji qocalmanı sürətləndirir.