Hindistanlı milyonçu Azərbaycanda dəbdəbəli toy edib.
Axşam.az xəbər verir ki, Pritika və Gautam adlı hindli gənclərin toyu Şahdağda keçirilib. Bunun üçün oradakı məşhur hotellərdən biri bağlatdırılıb.
Toy 3 gün, 3 gecə davam edəcək. Maraqlı məqamlardan biri isə odur ki, hind rəqsi ilə yanaşı toyda Azərbaycanın milli rəqsi də nümayiş olunub.
Toy üçün Hindistandan Bakıya çox sayda qonaq gəlib. Cütlük elə təyyarədə də toyu qeyd etməyə başlayıblar. Onlar təyyarədə olan sərnişinlərlə birlikdə toy ab-havası yaradıblar.
Məclisdən görüntüləri fotoqraf Məhəmməd İsmayılov paylaşıb.