Əməkdar artist Zaur Əmiraslanov ifa etdiyi mahnıya görə aparıcı İlqar Mikayıloğlu ilə mübahisə etdiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Efirdən kənar" verilişində danışıb. O, mahnıya görə proqramda tənqid olunuğunu bildirib:
"Mənə uyğun olmayan bir janrda mahnı oxudum. Sənətim, imicim üçün böyük risk idi. Amma insanlar həmin mahnını da bəyəndilər. Sadəcə, onu çox səliqəli ifa etdim və tutmadı. Gərək səliqəsiz mahnını səliqəsiz oxuyasan.
Bu mahnı böyük ajiotaj yaratdı. Aparıcı İlqar Mikayıloğlunun verilişində bu mahnıya görə onunla mübahisə etdik. Dedi ki, "Baş zabitsən, Əməkdar artistsən, bu nədir oxuyursan? Səndən heç gözləməzdim. Mövsüm sonuna qədər səni efirə çağırmayacağam". Böyük bir problem yarandı. Sağ olsun, dostumdur və bunu mənim yaxşılığım üçün dedi".