"Meta" şirkəti dünyaca məşhur model və iş xanımı Kayli Cennerlə əməkdaşlıq edərək yeni ağıllı eynəklərini təqdim edib.
Axşam.az xəbər verir ki, şirkətin rəsmi saytında paylaşılan məlumata görə, "Meta Glasses" adlı bu yeni model qabaqcıl süni intellekt sistemi və 12 meqapiksellik güclü kamera ilə təchiz olunub.
Cihaz yüksək enerji səmərəliliyi ilə diqqət çəkir; belə ki, eynək enerji toplamadan tam 48 saat işləyə bilir. Bunun 8 saatını avtonom şəkildə təmin edən cihaz, xüsusi enerji qutusu sayəsində əlavə 40 saat da aktiv qala bilir.
Yeni məhsul bazara üç fərqli dizayn variantında çıxarılıb. Kayli Cennerin adını daşıyan bu eksklüziv model nazik çərçivəsi, metal elementləri və daş-qaş bəzəkləri ilə digərlərindən tamamilə fərqlənir.
Ağıllı eynəklərin başlanğıc qiyməti 299 dollar olaraq təyin edilib, lakin Cennerin xüsusi dizaynlı modeli digərlərindən 100 dollar daha baha satılacaq. Alıcılar eynəkləri öz istəklərinə uyğun fərdiləşdirə biləcəklər, çünki platforma həm görməni düzəldən dioptriyalı, həm də fərqli rənglərdə olmaqla ümumilikdə 26 növ linza seçimi təklif edir.
Texniki baxımdan bu yenilik 2025-ci ildə buraxılmış ikinci nəsil "Ray-Ban Meta" eynəklərini xatırladır.
