Münəvvər Əliyeva itini axtarır: "Övladım kimi sevirəm"

Münəvvər Əliyeva itini axtarır: "Övladım kimi sevirəm"
289 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Münəvvər Əliyevanın iti itib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, canlı iyunun 23-də axşam saatlarında Maştağa qəsəbəsi yaxınlığında itib:

"Əziz dostlar və tanışlar! Şəkildə gördüyünüz, uzun illərdir bəslədiyim və ailəmin bir üzvü kimi sevdiyim itim itib. Xahiş edirəm, bu elanı mümkün qədər çox paylaşın və ətrafınızdakı insanlara çatdırın.

Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var.

Görən və ya onunla bağlı hər hansı məlumata malik olan şəxslərdən mənimlə əlaqə saxlamalarını xahiş edirəm".

Sənətçi bildirilib ki, iti tapan şəxsə mükafat veriləcək.

Əlaqə nömrəsi: 070 402 42 46.