Aparıcı Çinarə Əliyeva yeni doğulan qızı Mədinə üçün evində məclis təşkil edib.
Axşam.az xəbər verir ki, aparıcı 6 gün əvvəl dünyaya gələn qızı Mədinənin evə gəlişi münasibətilə yaxınlarını bir araya toplayıb.
Çinarə sosial şəbəkə hesabında məclisdən görüntülər paylaşaraq bunları yazıb:
“Sizin xoş sözlərinizə, təbriklərinizə görə hər birinizə çox təşəkkür edirəm. Mədinəmiz evinə gəldi. Şükür. Ailəmi çox sevirəm”.
Qeyd edək ki, aparıcı Ruslan adlı bəylə ailəlidir.