Bakı-Tbilisi biletinin qiymətini tənqid etdi - "O pula Avropaya uçun"

Bakı-Tbilisi biletinin qiymətini tənqid etdi - "O pula Avropaya uçun"
18840 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Fuad Musayev sosial şəbəkə hesabında Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ilə Avropaya aviabiletlərin qiymətini müqayisə edib.

Axşam.az xəbər verir ki, müğənni eyni pula yaxın məbləğə Bakıdan Avropaya uçmaq mümkün olduğunu bildirib:

“80 manat verib 9 saat qatarla Tbilisiyə getməkdənsə, o pulun üstünə 10-15 AZN əlavə edin, təyyarə ilə Avropaya uçun. Macarıstanın "Wizz Air"i var olsun, bizimkilərdən çox bizi düşünür!”.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir. Açıqlanan qiymətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.