Xalq artisti Natiq Şirinovun qızı Səmanın ad günü olub.
Axşam.az xəbər verir ki, nağara ifaçısı övladının özəl gününü ailəsi ilə birlikdə qeyd edib. Sənətçi və ailə üzvləri məclisdən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.
Natiq Şirinov qızını 20 yaşı münasibətilə təbrik edərək "Ad günün mübarək, gözəl qızım" sözlərini yazıb.
Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Natiq Şirinovun 3 övladı və 2 nəvəsi var. Onun oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə ailə qurub. Sənətçinin digər qızı Sevil isə türkiyəli vətəndaşla evlidir. O, hazırda ana olmağa hazırlaşır.