Məşhur aparıcı Acun Ilıcalının həyat yoldaşı Çağla Ilıcalı FIFA 2026 Dünya Kubokunun final oyununda yaşadığı hadisə ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, İspaniya və Argentina arasında keçirilən həlledici qarşılaşmanı tribunadan izləyən Çağla Ilıcalı ayağa qalxdığı üçün arxadakı azarkeşlərin oyunu görməsinə mane olub.
Bununla bağlı azarkeşlər ondan əyləşməsini xahiş etsələr də, tərəflər arasında qısa müddətli sözlü mübahisə yaranıb. Həmin anlarda Acun Ilıcalının həyat yoldaşını sakitləşdirməyə çalışdığı diqqətdən yayınmayıb.
Tribunadakı digər azarkeşlər tərəfindən mobil telefonla lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.