Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi

Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi
301 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəsti Sevdiyeva Həcc ziyarəti zamanı yaşadığı hadisədən danışarkən kövrəlib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Günə uğurla" verilişində danışıb. B.Sevdiyeva bildirib ki, 2005-2006-cı illərdə Həcc ziyarətində olarkən Qədir Rüstəmovun səsini eşitməsi ona çox təsir edib:

"2005-2006-cı illərdə Həcc ziyarətinə getmişdim. Kimə dedim ki, tezdən gedək sübh namazına, gələn olmadı. Ora tez getmək lazımdır. Orada gecə-gündüz bilinmir, insan çox olurdu. Peyğəmbərin qəbrini ziyarətə getdim. Yolboyu qızıl dükanları var idi. Bir daşın üstündə oturdum ki, dincəlim. Birdən gördüm ki, kimsə Qədir Rüstəmovun "Olmaz-olmaz" ifasını səsləndirir. Bilmədim nə edim. Oturub kövrəldim (ağlayır)".