Dünyaca məşhur müğənni Rihanna sosial şəbəkədə etdiyi hərəkətlə Türkiyədə marağa səbəb olub.
Axşam.az xəbər verir ki, pop ulduzu instaqram hesabından Ankara Esenboğa Hava Limanının rəsmi səhifəsini izləməyə başlayıb.
Sənətçinin bu addımı türk pərəstişkarlarının diqqətindən yayınmayıb. Rihannanın bununla bağlı hər hansı açıqlama verməməsinə baxmayaraq, sosial şəbəkələrdə onun Türkiyəyə gələcəyi ilə bağlı ehtimallar səsləndirilib.
İzləyicilər arasında "Rihanna sürpriz konsert üçün Türkiyəyə gəlir" sualı gündəmə gəlib. Onun Ankaraya səfər edib-etməyəcəyi, yoxsa bu izləmənin təsadüfi olub-olmadığı isə hələlik məlum deyil.
