Məşhur cütlük övladını itirdi

Məşhur cütlük övladını itirdi
1105 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aparıcı və aktyor Eser Yenenler ilə həyat yoldaşı Berfu Yenenler övladını itirib. 

Axşam.az xəbər verir ki, cütlük sosial şəbəkədə paylaşım edərək 12 həftəlik hamiləliyin ağırlaşmalar səbəbindən başa çatdığını açıqlayıb.

Berfu Yenenler yanlış məlumatların yayılmasının qarşısını almaq üçün bu barədə özünün məlumat vermək istədiyini bildirib:

"Bir müddətdir gözdən uzaq idik. Bəziləriniz səbəbini təxmin etdi, bəziləriniz isə icazəsiz yayılan xəbərlərdən öyrəndi. Hər şeyi indiyədək şəffaf şəkildə paylaşdığımız üçün bu açıqlamanı da özümüz verməyi üstün tutduq. Hamilə idim. Ancaq çox çətin keçən və ağırlaşmalarla mübarizə apardığımız 12 həftənin sonunda dünən hamiləliyim başa çatdı".

Qeyd edək ki, Eser və Berfu Yenenler 2019-cu ildə ailə qurublar. Cütlüyün Kuzey və Mete adlı iki oğlu var.