Bu videoya görə Xatirə və həyat yoldaşı cərimələndi

Bu videoya görə Xatirə və həyat yoldaşı cərimələndi
6026 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam bir neçə gün əvvəl həyat yoldaşı Fəxrəddin Musazadə ilə romantik video paylaşıb.

Axşam.az xəbər verir ki, videoda cütlüyün şəhər mərkəzində skuterlə gəzintiyə çıxdığı əks olunub. Görüntülərdə nə Xatirənin, nə də skuteri idarə edən həyat yoldaşı Fəxrəddinin dəbilqə taxmaması diqqətdən yayınmayıb.

Müğənni daha sonra paylaşımını silib. O, sosial şəbəkə hesabında açıqlama yayaraq qayda pozduqlarını və buna görə cərimələndiklərini bildirib:

"Hamı yazır ki, video niyə səhifədən silindi? Pis oldum, amma qanun şahdır. Olmazsa, olmaz. Fəxrəddinə cərimə yazılıb, hirsini mənə tökür. Problem dəbilqədədir".

Xatirə cərimələnməsinin səbəbini dəbilqə taxmaması ilə əlaqələndirsə də, bu məlumatın doğru olmadığı bildirilib.

Qeyd olunur ki, cərimənin səbəbi skuterdə iki nəfərin hərəkət etməsi olub. Qanunvericiliyə əsasən, skuterə eyni anda iki şəxsin minməsi qadağandır.