Əməkdar artist Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovun xarakterindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Efirdən kənar" verilişində onunla dostluqlarından söz açıb. O bildirib ki, Ədalət Şükürovla dostluqları davam etsə də, onun xarakteri kifayət qədər sərtdir:
"Ədalət dost edəcəyim insandır. Ceyhun Əliyevlə də tez-tez görüşürük. Ədalətin çox tünd xasiyyəti var. Əgər yumşaq xarakterli Vasif olmasaydı, bizim ilk səyahətdə dava olacaqdı. Ədalət kifayət qədər qəliz adamdır. Amma həm də yaxşı insandır. Biri od olanda, biri su olar. Ədalət oddur, mən isə suya çevrilmişəm. Hələ mənim od olub, Ədalətin suya çevrildiyini xatırlamıram".