Müğənni Elvin Abdullayev kafelərin birində gözlənilməz anla qarşılaşıb.
Axşam.az xəbər verir ki, ifaçı çay sifariş edərkən məkan əməkdaşlarından biri ona zarafat etmək qərarına gəlib. O, içərisində çay görüntüsü olan stəkanı Elvinin üzərinə tökülürmüş kimi göstərərək müğənnini təəccübləndirib.
Həmin anları lentə alan Elvin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.