Qızına görə 6 milyonluq evini 100 dollara satdı

Qızına görə 6 milyonluq evini 100 dollara satdı
471 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Filipp Kirkorov ABŞ-nin Mayami şəhərində yerləşən malikanəsini qızına bazar qiymətindən dəfələrlə ucuz qiymətə satıb.

Axşam.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Bildirilir ki, sənətçi dəyəri 6,1 milyon dollar olan mülkü qızı Alla-Viktoriyaya cəmi 100 dollara satıb. Bu addım qızının ABŞ vətəndaşlığını qoruması məqsədi ilə atılıb.

Qeyd edək ki, Kirkorov malikanəni 2011-ci ildə 4,2 milyon dollara alıb.

Ev Mayaminin prestijli "La Gorce Drive2 ərazisində yerləşir. İki mərtəbəli evin yaşayış sahəsi 734 kvadratmetr, ümumi sahəsi isə 905 kvadratmetrdir. 14 min kvadratmetrlik ərazidə yerləşən mülkdə 7 yataq otağı, 7 hamam otağı, hovuz, cakuzi, terras və sərnişin lifti var.