"İnsan sevdiklərini itirir, yaş ötür, ürək nə qədər acılarla savaşsa da, yenə də qəlbini kirlətmir, qəlb qırmır, qınamır, qiymət bilir. Kimisə qınamadan yaşayanlar, kinli olmayanlar yaxşıların yaxşısıdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşıb. Sənətçi bir müddət əvvəl itirdiyi yaxını ilə bağlı paylaşımında izləyicilərinə səslənib.
"Gülşən nənəmiz, sən tək bizim yox, hər kəsin nənəsi, anası, xalası olmusan. Allahıma şükür edirəm ki, bu dünyada səni tanıdım. Bir gün yenidən qovuşacağıq. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Bizi axirətdən qoruyursan, bunu hiss edirəm" deyə, sənətçi əlavə edib.
