Müğənni Xuraman Şuşalı mərhum valideynləri ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı arxiv fotolarını yayımlayaraq bunları yazıb:
"Atam rəhmətə gedəndə 12 yaşım var idi. Həyatımda nəsə pis bir şey baş verəndə həmişə deyirdim: "Atam olsaydı, belə olmazdı". Atasız qızlar bu hissləri yaxşı bilər...
Anam rəhmətə gedəndə isə 31 yaşım var idi. Düzdür, o vaxt artıq iki uşaq anası idim, bətnimdə də bir övladım var idi. Çox ağır günlərdən keçdim. Çünki mən anamı hər kəsdən çox sevirdim. O, mənim üçün tamam başqa idi. Mən onu ağ günə çıxarmaq üçün çalışırdım, işləyirdim. Bu gün kiməmsə, bunu anamın sayəsində olmuşam. Allah sizi cənnəti ilə müjdələsin, ata və ana".