"Forbes Türkiyə" 2026-cı ilin konsertdən ən çox gəlir əldə edən sənətçilərinin siyahısını açıqlayıb.
Axşam.az xəbər verir ki, nəşrin hazırladığı araşdırmaya əsasən, bu il konsertlərdən əldə etdiyi təxminən 15 milyon avro ilə siyahıya müğənni Tarkan liderlik edir. Tarkan rəqibləri ilə müqayisədə daha az konsert versə də, bilet satışlarından əldə olunan gəlir sayəsində ilk pillədə qərarlaşıb.
Siyahının ikinci sırasında təxminən 8,3 milyon avro konsert gəliri ilə Cem Adrian yer alıb. İfaçı il ərzində 148 konsert verib.
İlk üçlüyü isə təxminən 8,2 milyon avro qazancla Derya Bedavacı tamamlayıb. O, il ərzində 70 konsert verərək ən çox gəlir əldə edən sənətçilər sırasında yer alıb.
İlk onluqda "Mor ve Ötesi", "Duman", Mahmut Orhan və Blok3 də yer alıb. Gökhan Türkmen 94 konsertdən 7,7 milyon avro, Yıldız Tilbe 31 konsertdən 4,5 milyon avro, Mahsun Kırmızıgül isə 40 konsertdən 4,5 milyon avro qonorar əldə edib.
Qeyd edək ki, araşdırmada yalnız konsert biletlərinin satışından əldə olunan dövriyyə nəzərə alınıb.
