Cin ləqəbli müğənni Ceyhun Zeynalov Hövsandakı su problemi ilə bağlı narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda Hövsan bağlarında artıq iki həftədir suyun verilmədiyini bildirib və aidiyyəti quruma müraciət ünvanlayıb.
"Artıq ikinci həftədir ki, Hövsan bağlarında su yoxdur. "Azərsu"dan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Mən artıq ikinci dəfədir ki, su maşını sifariş edib çənimi doldururam. Mən pul verirəm də, su niyə görə yoxdur?".