Təyyarə qəzasında 10 nəfər həlak oldu, 5-i musiqiçidir

Təyyarə qəzasında 10 nəfər həlak oldu, 5-i musiqiçidir
175 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "The Pond Band" musiqi qrupunun üzvləri Baham adalarında qəzaya uğrayan "Cessna 402" tipli yüngülmühərrikli təyyarədə həyatını itiriblər.

Axşam.az xəbər verir ki, faciə ilə bağlı məlumatı Baham Adaları Musiqiçilər və Estrada Sənətçiləri İttifaqı (BMEU) sosial şəbəkədə məlumat yayıb.

Belə ki, iyulun 11-də baş verən təyyarə qəzası nəticəsində ümumilikdə 10 nəfər ölüb. Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb və hadisə ilə bağlı araşdırmalar davam edir.

Həlak olanlardan biri pilot Franklin Kebrik olub. Digər yeddi qurbanın şəxsiyyəti də müəyyənləşdirilib. Onlar Kvinton Mayers, Mateo Vinder, Raşad Storr, Covanni Makkenzi, Trevis Conson, Makaro Roll və DJ Freş (Melvin Henfild)dir.

Uçuş qeydlərinə əsasən, "The Pond Band" qrupunun beş üzvü də faciə qurbanları arasındadır. Onlardan ikisi Trevis Conson və Covanni Makkenzidir. Qrupun digər üzvü Şanisi Miller isə ekipajla əlaqə saxlayaraq sağ olduğunu bildirib.