Türk mediası aktyor Kərəm Bürsinin Bakı səfərindən yazıb.
Axşam.az xəbər verir ki, yazıda onun Azərbaycanda "Şöhrət xiyabanı"nda "ulduz"unun qoyulmasından bəhs edilib.
"Aktyorun adı Bakıda yerləşən və dünya şöhrətli sənət adamlarının adlarının əbədiləşdirildiyi məkanda yer alıb. Kərəm Bürsinin ulduzunun açılışı onun da iştirakı ilə keçirilən xüsusi mərasimdə baş tutub. Aktyor tədbirdə pərəstişkarlarının böyük marağı ilə qarşılanıb. Beləliklə, Bürsinin adı aktyor Uill Smiz və müğənni Rikki Martin kimi dünya ulduzları ilə yanaşı "Şöhrət xiyabanı"nda əbədiləşdirilib" deyə, məqalədə qeyd edilib.
Bildirilib ki, mərasimdən sonra Kerem Bürsin Bakıda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) tədbirinə də xüsusi qonaq qismində qatılıb.