TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama

TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
305 dəfə oxunub
  • A-
  • A
  • A+

Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.

Axşam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.