1995-ci il "Miss Turkey" gözəli seçilən Demet Şener ilə iş adamı Tolqa Arman ayrılıb.
Axşam.az xəbər verir ki, cütlük beş ildir davam edən münasibətlərini fikir ayrılıqları səbəbindən sonlandırıb.
Qeyd edək ki, 1995-ci ildə "Miss Turkey" müsabiqəsinin qalibi olan Demet Şener 2005-ci ildə Türkiyə milli basketbol komandasının sabiq üzvü İbrahim Kutluayla ailə qurub. Cütlüyün bu evlilikdən İrem və Ömər adlı iki övladı dünyaya gəlib. Onlar 13 il davam edən nikahlarını 2018-ci ildə rəsmən bitiriblər.
Şener daha sonra, 2019-2021-ci illərdə Cenk Küpeli ilə evli olub.
Demetlə Tolqa ötən il ayrılsa da yenidən barışmışdı.