Bazar günü dənizə getmək istəyənlər oxusun

Bazar günü dənizə getmək istəyənlər oxusun
143 dəfə oxunub
  • A-
  • A
  • A+

Abşeron çimərliklərində iyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə arabir güclənəcək.

Məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.