Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kərəm Bürsin Bakıya gəlib.
Axşam.az xəbər verir ki, sənətçi "Sea Breeze"dəki "Şöhrət xiyabanı"nda onun şərəfinə qoyulmuş "ulduz"un açılış mərasimində iştirak edib. Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşım edib:
"Şöhrət xiyabanımıza daha bir adlı "ulduz" əlavə olundu! Kerem Bürsin – bir çoxlarının “Sen Çal Kapımı” serialı və digər layihələrdən tanıdığı istedadlı aktyordur. Tanışlığımıza çox şadam. Ümid edirəm ki, bu gün və Bakı onda ən xoş, ən isti təəssüratlar yaradacaq".