Tənqidlərdən sonra Nurayın evinə getdi - Video

Tənqidlərdən sonra Nurayın evinə getdi - Video
354 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi günlərdir sosial şəbəkədə tənqid edilir. 

Axşam.az xəbər verir ki, aktyor parodiya etdiyi iddia olunan Nurayın evinə gedib. O, video çəkərək yayımlayıb və Nuray üçün yardım istəyib:

"Neçə gündür yorldum deməkdən ki, anlaşılmazlıq olub. Mənim Nurayla nə problemim ola bilər? Bizim də nəslimizdə Nuray kimi körpəmiz var. Ona dəstək olmağa gəlmişəm. Mənə deyilməyən söz qalmadı. Nə olub?".

İlkin bildirib ki, Nuray əməliyyat olunmalıdır və bunun üçün yardıma ehtiyacı var. 

Qeyd edək ki, İlkinin serialdakı parodiyası tənqid edilmişdi.