Keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem ailələri ilə birlikdə vaxt keçiriblər.
Axşam.az xəbər verir ki, cütlük övladları və onların sevgililəri ilə şam süfrəsi arxasında bir araya gəlib.
Məclisdə cütlüyün oğulları Romeo, onun sevgilisi Kim Törnbull, Kruiz, onun sevgilisi Ceki Apostel və qızları Harper yer alıb. Onlar birlikdə kamera qarşısına keçərək şəkillər çəkdiriblər.
Görüşdə küsülü olduqları Bekhemlərin oğlu Bruklin və xanımı Nikola Peltz yer almayıb.